Qubada 16 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb
    • 27-02-2019, 16:51
    • 1 197

Qubada 16 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Quba rayonunda 16 nəfər qarşı  dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.

Bu barədə DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumata görə, Quba RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Sabirov Ramiz Əli oğlu saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluqlar etdiyi məlum olub.
Ramiz Sabirovun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır.
Əgər Ramiz Sabirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə müraciət etmələri və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.