Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
    • 2-03-2019, 11:00
    • 762

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

 Mart ayının 1-dən 2-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayətin  üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 38 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.