Köhnə məhkumun evində 4.8 kiloqram marixuana aşkar edilib
    • 7-03-2019, 11:04
    • 938

Köhnə məhkumun evində 4.8 kiloqram marixuana aşkar edilib

Gəncə Şəhər Baş Polis İdarəsi  əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həsənovdan çəkisi 10,9 kiloqram marixuana götürülüb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Medvedyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Binə qəsəbəsindəki evdən isə dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə kolu və çəkisi 4,8 kiloqramdan artıq marixuana da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.  

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Cabbarovdan 490 qram marixuana götürülüb.

Hər üç faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri aparılır.