Binəqədidə yaşayış binasında yanğın - FOTO

Binəqədidə yaşayış binasında yanğın - FOTO
KRİMİNAL

09 mart 2019, 10:14

Mətn ölçüsü

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.

News24.az Trend.az-a istinadən xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində başlayıb. Yanğınla əlaqədar bina sakinlərin təxliyə olunub.

Hazırda yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb, lakin sakinlərdən bəziləri özlərini pis hiss etdikləri üçün hadisə yerinə təcili yardım briqadası cəlb edilib və onlara yerində yardım göstərilib.

Yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi bildirilir.