Balakəndə avtomobil qəzası olub - 1 nəfər ölüb
    • 9-03-2019, 15:44
    • 1 192

Balakəndə avtomobil qəzası olub - 1 nəfər ölüb

Martın 8-də saat 22 radələrində Qax rayonunun Qıpçaq kəndi ərazisində Xaçmaz rayon sakini M.Məmmədrəhimovun idarə etdiyi “QAZel” markalı mikroavtobusla Balakən rayon sakini S.Qurbanovun idarə etdiyi “Mercedes-Benz-Atego” markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə M.Məmmədrəhimov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.  

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.