Nardaran sakinin üzərində 4 qram tiryək aşkar edilib
    • 12-03-2019, 11:20
    • 654

Nardaran sakinin üzərində 4 qram tiryək aşkar edilib

Nardaran sakinin üzərində 4 qram tiryək aşkar edilib

DİN Mətbuat Xidmətindən News24.az-a  verilən məlumata görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.