Camaatı söyən Kamil Zeynallıya 10 sutka həbs cəzası - YENİLƏNİB
    • 12-03-2019, 14:57
    • 1 446

Camaatı söyən Kamil Zeynallıya 10 sutka həbs cəzası - YENİLƏNİB

Nərimanov Rayon Məhkəməsində idmançı Kamil Zeynallının həbs olunması barədə qərar çıxarılıb.

News24.Az "Report"a istinadən bildirir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə ona 10 sutka həbs verilib.
Qərarda göstərilib ki, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqredici sözlər işlədib. Onun hərəkəti yaxınlıqdakı insanların narahatlığına səbəb olub. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıb.


*** 13:57
İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib. 

News24.Az REAL-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib. Onun həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.