Yasamalda 16 yaşlı qız intihar edib
    • 15-03-2019, 10:20
    • 2 250

Yasamalda 16 yaşlı qız intihar edib

Yasamal rayonunda 16 yaşlı qız özünü binanın 16-cı mərtəbəsindən yerə atıb.

News24.az
xəbər verir ki, ONA-nın hadisə yerində olan əməkdaşlarının məlumatına görə, hadisə Yasamal rayonu, Əsəd Əhmədov 45 ünvanında baş verib.

2003-cü il təvəllüdlü Azadə Mirfatimə Füzuli qızı ailəsi kirayə qaldığı mənzilin eyvanından özünü yerə atıb. 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü yerə atan M. Azadə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.