Bakıda dəhşətli yanğın, iki nəfər ölüb
    • 16-03-2019, 09:56
    • 1 878

Bakıda dəhşətli yanğın, iki nəfər ölüb

Bakı şəhərinin Nizami rayonunda baş verən yanğın zaman 2 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.