Telefon oğrusunun üzərində heroin aşkar edilib
    • 18-03-2019, 12:25
    • 642

Telefon oğrusunun üzərində heroin aşkar edilib

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Babayev “Mercedes” markalı avtomobilindən mobil telefonunun oğurlandığını bildirib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini , əvvəllər məhkum olunan T.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin də aşkar edilib.  

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin silah gizlətməsi də müəyyən edilmişdir. Onun Əhmədli qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətdiyi “TT” markalı tapança aşkar edilərək götürülüb.   

Faktla bağlı araşdırma aparılır.