Vaqif Əsədov: "Dünən Bakıda 4 qəza olub"
    • 19-03-2019, 12:34
    • 990

Vaqif Əsədov: "Dünən Bakıda 4 qəza olub"

"Dünən paytaxt ərazidə dörd yol nəqliyyat hadisəsi baş verib".

Bunu News24.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Vaqif Əsədov bildirib ki, nəqliyyat hadisələri cüzi maddi zərərlə nəticələnib. Hadisələrdən ikisi toqquşma, biri aşma, digəri isə maneə nəticəsində baş verən qəzalardır.

Şöbə rəisi əlavə edib ki, hazırda Novruz şənlikləri ilə əlaqədar gücləndirilmiş iş rejimində işlər həyata keçirilir. Bayramla əlaqədar olaraq, yollarda təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

Sevinc YASİNQIZI