Dəhşətli intihar -Öncə damarını kəsdi, sonra özünü 8-ci mərtəbədən atdı
    • 27-07-2018, 10:55
    • 1 920

Dəhşətli intihar -Öncə damarını kəsdi, sonra özünü 8-ci mərtəbədən atdı

Abşeronda iyulun 26-da baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.
 
Araşdırmalar nəticəsində “Kristal Abşeron” yaşayış kompleksində özünü 8-ci mərtəbədən ataraq intihar edən şəxsin Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Tural Ramiz oğlu Nağıyev olduğu müəyyən edilib. T. Nağıyev həmin binada kirayədə yaşayırmış. O, əvvəlcə ülgüclə damarlarınıı doğrayıb, binadan özünü aşağı atıb.
 
İntiharın səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

//APA