Gəncədə oğlan əvvəl qızı, sonra özünü bıçaqlayıb
    • 22-03-2019, 10:45
    • 1 138

Gəncədə oğlan əvvəl qızı, sonra özünü bıçaqlayıb

Gəncə şəhərində kişi və qadın bıçaqlanıb.

News24.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Amin Xəlil oğlu İsmayılov və Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Gülmirə Camal qızı Abbasova bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların hər ikisi əməliyyat olunub.

İlkin məlumatlara görə, G.Abbasovanı A.İsmayılov bıçaqlayıb və daha sonra sol döş nahiyəsindən özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.