Bakıda ikimərtəbəli ev yandı
    • 25-03-2019, 12:07
    • 856

Bakıda ikimərtəbəli ev yandı

Bakının mərkəzində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 345 m² olan ikimərtəbəli mansarda tipli evin mansardasının yanar konstruksiyaları 115 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.