"Diqlas"da baş verən yanğınla bağlı avtomobillərin hərəkəti məhdudlaşdırılıb - YENİLƏNİB
    • 26-03-2019, 12:00
    • 974

"Diqlas"da baş verən yanğınla bağlı avtomobillərin hərəkəti məhdudlaşdırılıb - YENİLƏNİB

"Diqlas" ticarət mərkəzində baş verən yanğınla əlaqədar Qara Qarayev prospektində nəqliyyatın hərəkəti ilə bağlı son vəziyyətl açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, hazırda Dakar dairəsində hərəkət normaldır. Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahatlıqa dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər.

Həmçinin Q.Qarayev prospekti B.Nuriyev küçəsi kəsişməsinədək olan yolda da hərəkət normaldır.

Qeyd edək ki, Dakar dairəsindən metronun Q.Qarayev istiqamətində avtobuslar marş xətti üzrə fəaliyyət göstərirlər.



***10:35

“Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı hazırda Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb”.  

Bunu News24.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, yanğına görə prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.

Sevinc YASİNQIZI