Türkiyə hava limanında atışma
    • 26-03-2019, 19:51
    • 950

Türkiyə hava limanında atışma

Bu gün Türkiyədə hava limanında atışmaolub. News24.az "Habertürk"' istinadən bildirir ki, hadisə Kayseri şəhərində baş verib. Məlumatda bildirilir ki, atışma zamanı hava limanının təhlükəsizliyini təmin edən bir neçə polis əməkdaşı yaralanıb.

Hadisə yerinə dərhal təcili yardım maşınları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə barədə hələ ki, ətraflı məlumat verilmir.