Bakıda şagirdlər müəllimi döydülər
    • 27-03-2019, 17:20
    • 906

Bakıda şagirdlər müəllimi döydülər

Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı məktəbdə şagirdlər birləşib müəllimi döyüblər.

News24.az Virtualaz.org-a istinadən xəbər verir ki, döyülən ingilis dili müəlliminin 21 yaşı var. Müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yadım çağırılıb. Müəllimin xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov müəllimin döyüldüyünü və məktəbə təcili yardım çağırıldığını təsdiqləyib. Bildirib ki, döyülən müəllimin həyatı üçün təhlükə yoxdur. Hadisənin motivini araşdırmağa çalışırıq.