Azərbaycanda politoloqun evi qarət edilib - FOTO
    • 31-03-2019, 10:30
    • 736

Azərbaycanda politoloqun evi qarət edilib - FOTO


Politoloq Nəzakət Məmmədovanın yaşadığı mənzildən oğurluq olub.

News24.az xəbər verir ki, bu barədə “Report”a N.Məmmədova özü məlumat verib. O bildirib ki, hadisə martın 29-da qeydə alınıb. Belə ki, naməlum şəxs (və ya şəxslər) tərəfindən N.Məmmədovanın Səbail rayonu, Bayıl qəsəbəsindəki evindən iki ədəd noutbuk, mobil telefon və televizor oğurlanıb.

O, bununla bağlı Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.