Xaçmazda ağır qəza: Ölənlər var

Xaçmazda ağır qəza: Ölənlər var
KRİMİNAL / SİYASƏT

28 iyul 2018, 10:02

Mətn ölçüsü

Xudat şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlunun idarə etdiyi “BMW” markalı, 10-FF-188 dövlət nömrə nişanlı avtomobillə Qusar rayon sakini, 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbala oğlunun idarə etdiyi “Lada Kalina” markalı, 90-FL-348 nömrə nişanlı maşın toqquşub.

Nəticədə “Lada Kalina” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü, M. Əlirzayev və “Lada Kalina”da olan sərişinlər Qusarın Kuzunqışlaq kənd sakinləri - Sərkərov Simran Rasim oğlu, 1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz  Şövkət oğlu, 1987-ci il təvəllüdlü Balayev Nəcəf Akif oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

S.Sərkərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

// APA