13 nəfərin 17 min pulunu ələ keçirən SMM saxlanıldı
Kriminal
Dələduzluq edən sosial media meneceri (SMM) polis tərəfindən saxlanılıb.
News24.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova Xəzər RPİ tərəfindən saxlanılıb.
O, həmin məkanların sosial şəbəkələrdə reklamlarını təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 16 379 manat pul vəsaitini ələ keçirib. Daha sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək onlarla əlaqəni kəsib.
Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.
Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.