Bakıda dəhşətli qəza - 5 maşın bir-biri ilə TOQQUŞDU - FOTO - VİDEO

Bakıda dəhşətli qəza - 5 maşın bir-biri ilə TOQQUŞDU - FOTO - VİDEO
KRİMİNAL / Video

01 aprel 2019, 16:25

Mətn ölçüsü

Bu saatlarda Bakının Nərimanov rayonu ərazisində zəncirvari yol qəzası baş verib. Hadisə şahidinin News24.az-a verdiyi məlumata görə, Dərnəgül yolu adı ilə tanınan Ziya Bünyadov prospektindəki körpünün üzərində 5 avtomobil bir-biri ilə toqquşub. Dəhşətli qəzada xoşbəxtlikdən ölən olmasa da, avtomobillər yararsız hala düşüb. Qəza səbəbindən ərazidə böyük tıxac yaranıb.

Hadisə yerində çəkilmiş videonu təqdim edirik.

YouTube