Bakıda baş verən dəhşətli avtomobil qəzasında ölənlərin ADLARI
    • 2-04-2019, 15:03
    • 1 338

Bakıda baş verən dəhşətli avtomobil qəzasında ölənlərin ADLARI

Bakının baş verən yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub.

News24.az Trend-ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, R. Behdudov küçəsi 22-də baş verib.

1971-ci il təvəllüdlü Əmiraslanov Ramiz Nəcəf oğlu idarə etdiyi "MG" markalı 90-NV-350 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyadalar - 1954-cü il təvəllüdlü Quliyeva Xanım Adil qızı, 1962-ci il təvəllüdlü Niyazov Valəddin Əlmirzə oğlu, onun oğlu, 1996-cı il təvəllüdlü Niyazov Seymur Valəddin oğlu və 1957-ci il təvəllüdlü Rüstəmova Fatma Cümşüd qızını vuraraq 5 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü R.Əmiraslanov və piyadalardan F.Rüstəmova hadisə yerində dünyasını dəyişib, 3 piyada isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni törədən sürücü R.Əmiraslanov sükan arxasında ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.