Bakı sakininin üzərində "Metadon" tərkibli narkotik maddə aşkar edilib
    • 2-04-2019, 19:27
    • 1 431

Bakı sakininin üzərində "Metadon" tərkibli narkotik maddə aşkar edilib

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

News24.az xəbər verir ki, aprelin 1-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş Əsədullayev Namik İbad oğlunun Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə və əşylarına baxış keçirilən zaman onun əynində olan pəncəyinin cibində bir ədəd bükülüdə 0,06 qram "Metadon" tərkibli narkotik maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.