Oğul atasını öldürdü, ögey anasını yaraladı
    • 28-07-2018, 13:04
    • 927

Oğul atasını öldürdü, ögey anasını yaraladı

Ağcabədidə qətl törədilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumatagörə, iyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub könüllü olaraq polisə gəlib.
 
Musa hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş D. Baxşəliyevanın vəziyyəti orta-ağırdır.