Sərnişin qatarı yük maşını ilə toqquşdu: 15 nəfər yaralandı - FOTO
    • 4-04-2019, 19:54
    • 712

Sərnişin qatarı yük maşını ilə toqquşdu: 15 nəfər yaralandı - FOTO

Avstriyada sərnişin qatarı yük maşınına çırpılıb. news24.az Avtosfer.az-a istinadən xəbər verir ki, toqquşmanın gücündən qatarın birinci vaqonu relsdən çıxıb. Avstriya mediyasının yaydığı məlumatda görə, hadisə Vyanada, yerli saatla 11.00-da baş verib. Qəza “Viyana S-Bahn” qatarı “Aspern” və “Raasdorf” stansiyaları arasında hərəkətdə olan vaxt qeydə alınınb. Nəticədə yük maşınının sürücüsü də daxil olmaqla 2 nəfər ağır, 13 nəfər isə yüngül xəsarətlər alıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.