Bakıda ölüm ayağında olan adamı aparan ambulans dsəhşətli qəzaya düşdü  - GÖRÜNTÜLƏR
    • 5-04-2019, 12:04
    • 1 102

Bakıda ölüm ayağında olan adamı aparan ambulans dsəhşətli qəzaya düşdü - GÖRÜNTÜLƏR

Aprelin 3-də Bakıda təcili yardım maşınının düşdüyü qəzanın yeni görüntüləri yayılıb. Nevs24.az-ın məlumatına görə, Ayna Sultanova heykəlinin qarşısındakı yol ayrıcında - Ziya Bünyadov prospektində xəstə aparan "Mercedes" markalı ambulans Bakı Nəqliyyat Agentliyinin kommunikasiya dirəyinə çırpılıb. Ağır vəziyyətdə ilan xəstəni xəstəxanaya çatdırmağa tələsən Təcili Tibbi Yardım maşınının sürücüsünün ehtiyatsızlığından ağır qəza baş verib və xüsusi təyinatlı maşın yararsız hala düşüb. Hadisədən sonra maşında olan xəstə başqa nəqliyyat vasitəsi ilə klinikaya aparılıb.
Hadisəni əks etdirən fotoları təqdim edirik.