Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl oğurladı

Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl oğurladı
KRİMİNAL

08 aprel 2019, 13:00

Mətn ölçüsü

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.