DİN Xırdalanda baş verən bıçaqlanma ilə bağlı açıqlama yaydı
    • 9-04-2019, 12:23
    • 1 667

DİN Xırdalanda baş verən bıçaqlanma ilə bağlı açıqlama yaydı

Aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.  

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş R.Rzayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
 
T.Quliyev həmin gün xəstəxanada ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.