Yeni köçdükləri evdən 2 bacının meyiti tapıldı - Azərbaycanda DƏHŞƏT
    • 9-04-2019, 19:14
    • 1 795

Yeni köçdükləri evdən 2 bacının meyiti tapıldı - Azərbaycanda DƏHŞƏT

Mingəçevirdə 2 bacının meyiti tapılıb. News24.az-ın məlumatına görə, hadisə Heydər Əliyev Prospekti 90 ünvanında baş verib. Həmin evə bir gün öncə köçən 24 yaşlı Roza və onun 18 yaşlı bacısı Emilya Mobilçenkonun meyiti tapılıb. Qızlarda xəbər ala bilməyən yaxınları qapını sındıraraq içəri daxil olublar. Onlardan birinin meyiti vanna otağında, digərininki isə kənarda aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.