Elinanın oxuduğu əvvəlki məktəblərin direktorları da SORĞUYA CƏLB EDİLDİLƏR
    • 11-04-2019, 13:46
    • 2 610

Elinanın oxuduğu əvvəlki məktəblərin direktorları da SORĞUYA CƏLB EDİLDİLƏR

İntihar edən məktəbli Elina Hacıyevanın işi ilə bağlı araşdırma davam edir.

News24.az-a daxil olan məlumata görə, mərhum E.Hacıyevanın əvvəl təhsil aldığı 49 və 203 saylı orta məktəblərin direktorları və müəllimləri dindirilmə üçün Səbayıl Rayon Polis Bölməsinə çağırılıblar.

Qeyd edək ki, 8-ci sinif şagirdi Elina Hacıyeva 4 aprel tarixində təhsil aldğı 162 saylı tam orta məktəbin 3-cü mərtəbədən özünü ataraq, intihara etmişdi.