Hacıqabulda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb
    • 13-04-2019, 10:06
    • 1 726

Hacıqabulda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağdaşdan Bakı istiqamətində hərəkətdə olan avtomobil Hacıqabul ərazisində dayanıb. Sərnişinlərdən biri maşından düşərək yolun qarşı tərəfinə keçib. Xəyal adlı Ağdaş rayon Qoşaqovaq kənd sakini geri qayıdan zaman onu “Range Rover” markalı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən, yolda keçinib.
Digər hadisə isə bu gecə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində Bərdə rayon sakinləri Mustafayev Tural Oqtay oğlu, Tanrıverdi Elxan Talıboğlu və Yevlax rayon sakini Mirzəyev Aslan Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktlarla bağlı araşdırma aparılır.