Bakıda evdən pul və zinət əşyaları OĞURLANDI
    • 13-04-2019, 11:33
    • 948

Bakıda evdən pul və zinət əşyaları OĞURLANDI

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 7-nə keçən gecə 2-ci Alatava yaşayış sahəsindəki digər bir evdən mobil telefon oğurlaması da müəyyən edilib. 

Araşdırma aparılır.