Qanunsuz keçirilən 3000 ədəd siqaret AŞKARLANIB
    • 16-04-2019, 14:26
    • 870

Qanunsuz keçirilən 3000 ədəd siqaret AŞKARLANIB

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda və yük yerində gizlədilən 3000 ədəd "King" markalı siqaret aşkar olunub.