Sumqayıt Dövlət Universitetinin tələbəsi ÖZÜNÜ ASDI

Sumqayıt Dövlət Universitetinin tələbəsi ÖZÜNÜ ASDI
KRİMİNAL

16 aprel 2019, 16:27

Mətn ölçüsü

Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi intihar edib.

News24.az Report-a istinadən xəbər verir ki,  aprelin 15-də SDU-nun Fizika fakültəsinin ikinci kurs tələbəsi, 1999-cu il təvəllüdlü Elməddin Vüqar oğlu Bəşirov yaşadığı Binə qəsəbəsindəki evdə özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

SDU-dan isə "Report"a bildirilib ki, E.Bəşirov sonuncu dəfə universitetdə aprelin 15-də olub.