58 yaşlı Bakı sakini evində yanaraq öldü
    • 23-04-2019, 10:40
    • 725

58 yaşlı Bakı sakini evində yanaraq öldü

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb. 

FHN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyitini yanğınsöndürənlər aşkar edib.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələrinin səyi nəticəsində söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.