Qardaş evə gec gələn bacısını belə cəzalandırdı – BAKIDA DƏHŞƏT
    • 24-04-2019, 10:08
    • 1 671

Qardaş evə gec gələn bacısını belə cəzalandırdı – BAKIDA DƏHŞƏT

2017-ci ilin may ayında Bakının Yasamal rayonunda bacısını qətlə yetirən 1986-cı il təvəllüdlü Məsimov Anar Akif oğlu Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq məqsədi ilə adam öldürmə maddəsi ilə təqsirli bilinən A.Məsimov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Lakin Bakı Apelyasiya Məhkəməsi qərarı dəyişdirməyib. Bu səbəbdən A.Məsimov Ali Məhkəməyə üz tutub, onun işinə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. Məlumata görə, hadisə 2017-ci ilin may ayında baş verib.Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında sakini 31 yaşlı Anar Məsimov qısqanclıq zəminində bacısı, 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib. Nigar Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş. İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isə bu iradlara məhəl qoymayıb. Ötən gün növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb.
Bundan hiddətlənən Anar Məsimov mətbəx bıçağı ilə bacısına bir neçə zərbə vuraraq onu qətlə yetirib. Hadisədən sonra evi tərk edən Anar Məsimov Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.