Bakıda maşın qaçıran şəxslər saxlanıldı
    • 24-04-2019, 11:01
    • 743

Bakıda maşın qaçıran şəxslər saxlanıldı

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mustafayev aprelin 23-nə keçən gecə A.Qurban küçəsindən “VAZ-2115” markalı avtomobilinin qaçırıldığını bildirib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bu barədə digər xidmət sahələrinin əməkdaşlarına da müvafiq məlumat verilib. 

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov və Hacıqabul rayon sakini X.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.