Bakıda "Mercedes" yandı
    • 24-04-2019, 23:16
    • 715

Bakıda "Mercedes" yandı

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisində "Mercedes" markalı minik avtomobilinin salon hissəsi və arxa təkəri yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan qarajın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Avtomobilin, qarajın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.