Azərbaycanda 24 yaşlı gəlin ərini ölümcül hala saldı - ŞOK CİNAYƏT
    • 26-04-2019, 10:49
    • 1 093

Azərbaycanda 24 yaşlı gəlin ərini ölümcül hala saldı - ŞOK CİNAYƏT

Gəncədə ərini bıçaqlayan 25 yaşlı gəlinin işi məhkəməyə göndərilib.

News24.az-ın məlumatına görə, keçən il dekabrın 7-də Gəncə sakini 1991-ci il təvəllüdlü İbrahim İsmayılov sinəsindən və qarnından bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı İbrahimin həyat yoldaşı, 1994-cü il təvəllüdlü İbrahimova Günay Cuma qızı barəsində Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə iş başlanılıb. Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb və iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nural Əliyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, İ.İsmayılov ilkin ifadəsində həyat yoldaşını qorumaq üçün özü özünü bıçaqladığını deyib. Lakin araşdırma zamanı bəlli olub ki, onu münaqişə zəminində arvadı, 1994-cü il təvəllüdlü İsmayılova Günay bıçaqlayıb. İstintaq davam etdirilir.