Meksikada ağır təyyarə qəzası baş verib - VİDEO
    • 1-08-2018, 10:53
    • 1 203

Meksikada ağır təyyarə qəzası baş verib - VİDEO

Meksikanın Duranqo ştatında hava limanında sərnnişin təyyarəsi qəza törədib.

News24.az-ın məlumatına görə, qəza nəticəsində 50 nəfərin yaralandığı bildirilir. Ştat qubernatoru Xose Rosas Aispurinun deiyinə görə, pilot və sərnişinlərdən birinin vəziyyəti kritikdir.

Digər mənbədən verilən məlumata görə yaralıların sayı 98 nəfərdir. Bu barədə ölkənin nəqliyyat naziri Xerardo Esparsa məlumat yayıb.

Qeyd edək ki, içərisində 4 ekipaj üzvü və 97 sərnişin olan təyyarə fəlakətə uğrayıb. İlkin məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.
 
Güclü küləyə görə, təyyarə hava limanında yerdən lazımi vaxtda yüksələ bilməyib.  Pilot təyyarəni saxlamağa çalışa da, qəza baş verib və təyyarə alovlanıb.

İlhamə