Bakıda yoxa çıxan 13 yaşlı qız MÜƏMMASI – HAMI ONU AXTARIR
    • 27-04-2019, 16:17
    • 840

Bakıda yoxa çıxan 13 yaşlı qız MÜƏMMASI – HAMI ONU AXTARIR

Paytaxtın Nəsimi rayonunda məktəbli qızın itkin düşməsi barədə xəbərlər yayılıb.

News24.az
-ın məlumatına görə, dünən günorta Nəsimi rayonu 4-cü mikrorayon, Cavadxan küçəsi 68 ünvanında yerləşən 5 saylı məktəbdə dərsdən çıxan 7-ci sinif şagirdi Aydan Əliyeva itkin düşüb.

A.Əliyeva son dəfə aprelin 27-də səhər saat 5:00 radələrinda Binəqədi rayonu Zərifə Əliyeva parkının yanında gəzərkən yaxınlıqdakı marketin kameralarında görüntülənib.

5 saylı məktəbdən verilən məlumata görə, A.Əliyeva dünən səhər növbəsində dərslərdə iştirak edib. Hazırda 19-cu Polis Bölməsinin əməkdaları onun axtarışını davam etdirir və digər polis idarələrinə də onun barəsində məlumatlar verilib.