Bakıda 25 yaşlı oğlan 84 yaşlı qadını... – QORXUNC HADİSƏ

Bakıda 25 yaşlı oğlan 84 yaşlı qadını... – QORXUNC HADİSƏ
KRİMİNAL

29 aprel 2019, 14:56

Mətn ölçüsü

Bakıda yaşlı qadına qarşı quldurluq etmiş şəxs Ali Məhkəməyə müraciət edib. 

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Biləcəri qəsəbəsində evdə 84 yaşlı qadına qarşı quldurluq etdiyi üçün təqsirləndirilən 25 yaşlı Rüfət Rəhimov barəsində 11 illik həbs qərarı veriləndən sonra o, Apelyasiya Məhkəməsinə üz tutub. Lakin apelyasiya instansiyasında qərar dəyişdirilməyib. Işə yenidən baxılmasını xahiş edən R.Rəhimov bu dəfə Ali Məhkəməyə müraciət edib. İşə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq. İlk iclas iyunun 18-nə təyin edilib. 

Qeyd edək ki, Rüfət Rəhimovun barəsində Cinayət Məcəlləsinin 181.3.3-cü, yəni quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə maddəsi ilə iş açılıb.o, dostu ilə birlikdə Biləcəri qəsəbəsində 84 yaşlı Bilqeys Qafarovanın mənzilindən quldurluq yolu ilə 2400 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları aparmaqda ittiham olunub.

Rüfət Rəhimov taksi sürücüsü olub və quldurluq etdikləri evin yiyəsini tanıyıb. O, ev sahibinin plastik qapı-pəncərə işi ilə məşğul olduğunu və mənzildə külli miqdarda pulun ola biləcəyi barədə həmyerlisi - qəssab Zamin Muradova məlumat verib.

Onlar evdə heç kimin olmadığını zənn edərək plan qurub mənzilə daxil olublar. Lakin evi alt-üst edən zaman 84 yaşlı qadın səs-küyü eşidərək otağa daxil olub. Bu vaxt Z.Muradov qadının başına dəmir parçasıyla zərbə endirib. Sonra isə ələ keçirdikləri qızılları və pulları götürərək mənzili tərk ediblər.