Tutuquşu həbs olundu - FOTO
    • 30-04-2019, 14:55
    • 1 381

Tutuquşu həbs olundu - FOTO

"Ana, polislər gəldi" deyən tutuquşu həbs olunub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Braziliyada yaşanıb. Hindistan ləqəbli qadın və Edvan adlı həyat yoldaşını həbs etmək üçün evə basqın edən polislər şok yaşayıblar. Narkotik tacirlərinin evdə bəslədikləri tutuquşu "Ana, polislər gəldi" deyərək onlara xəbərdarlıq edib. "Narco tutuquşusu" adı verilən heyvan polislər tərəfindən həbs olunaraq heyanxanaya göndərilib. 

Qeyd edək ki, həbs olunan cütlük 16 yaşlı qız övladlarının alt paltarında belə narkotik gizlədiblər.