Bakıda "Niva" oğurlayan şəxs SAXLANILIB
    • 1-05-2019, 11:17
    • 843

Bakıda "Niva" oğurlayan şəxs SAXLANILIB

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev aprelin 29-da gecə saatlarında Talıblı küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Abşeron rayon sakini Amid Rüstəmov olduğu müəyyən edilib. 

 Faktla bağlı araşdırma aparılır.