Azərbaycanda 3 uşaq atası olan 27 yaşlı oğlanı öldürdülər – KAFENİN QARŞISINDA DƏHŞƏT
    • 1-05-2019, 11:36
    • 1 320

Azərbaycanda 3 uşaq atası olan 27 yaşlı oğlanı öldürdülər – KAFENİN QARŞISINDA DƏHŞƏT

Bu ilin yanvar ayında Xaçmazda baş vermiş qətl hadisəsinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Xaçmaz Rayon Prokurorluğunda rayon sakini Həsənov Nazim Nəsrulla oğlu barəsində Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə açılan cinayət işi ilə bağlı araşdırmalar yekunlaşdırılıb. İşə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim İlham Mahmudovun sədrliyi ilə baxılacaq.

Məlumata görə, Nazim Həsənov yanvarın 16-da gecə saat 1-də Xaçmazın Müşkür kəndində 27 yaşlı Həmidov Tamerlan Tərlan oğlunu bıçaqlayaraq öldürüb. Onlar kafedə dalaşıblar və daha sonra kafenin qarşısında N.Həsənov 3 uşaq atası olan 27 yaşlı Tamerlanı bıçaqlayaraq öldürüb.