Bakıda azyaşlı qızı zorladılar - İYRƏNC CİNAYƏT
    • 3-05-2019, 11:05
    • 1 945

Bakıda azyaşlı qızı zorladılar - İYRƏNC CİNAYƏT

Bakıda azyaşlı qız zorlanıb. News24.az-ın məlumatına görə, hadisə bir neçə ay əvvəl baş verib. Paytaxt sakini Əhmədov Ramis Qədulla oğlunun azyaşlı qızı zorlaması ilə bağlı polisə məlumat daxil olub və fakt təsdiqini tapıb. Belə ki, qızın valideyni Ramis Əhmədovun onun qızının başına oyun açması barədə şikayət ərizəsi yazıb.

Tutularaq istintaqa təhvil verilən şəxs barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü, yəni zorlama əməli 14 yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə cinayət işi açılıb. əgər günahı sübuta yetirilsə azyaşlı qızın həyatını puç edən şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.