Maşınlardan oğurluq edən cinayət başında yaxalandı
    • 3-05-2019, 11:25
    • 769

Maşınlardan oğurluq edən cinayət başında yaxalandı

Polis əməkdaşlarıı oğurluq edən daha bir şəxsı cinayət başında yaxalyıb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, mayın 2-də gecə saat 2 radələrində Quba şəhəri ərazisindəki bazarın yaxınlığında dayanmış “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlayan şəxs ərazidə xidmət aparan Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

 Polis Şöbəsinə təhvil verilən həmin şəxsin rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ədalət Süleymanov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.