Heroin satan Sumqayıt sakini ələ keçdi
    • 3-05-2019, 11:42
    • 714

Heroin satan Sumqayıt sakini ələ keçdi

Baş Narkotiklərlə Mübarizə İdarəsinın əməkdaşları Sumqayıt ərazisində əməliyyat tədbiri keçirib. 

DİN Mətbuat Xidmətindən News24.az-a iverilən məlumata görə¸əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Asif İbrahimov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib.

Yaşadığı evdən isə əlavə olaraq 401qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb.