Mirzə Babayevin nəvəsi həbs olundu
    • 6-05-2019, 13:47
    • 2 873

Mirzə Babayevin nəvəsi həbs olundu

Mərhum xalq artisti Mirzə Babayevin nəvəsi həbs olunub.

News24.az xəbər verir ki, “Respublikaçı Alternetiv” partiyasının üzvü Emin Babayev mayın 4-də küçədə telefonla danışarkən söyüş söyməkdə və onu intizama dəvət edən polisin tələbinə tabe olmadığına görə saxlanılıb. O, 8-ci polis bölməsinə aparılıb. 

Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub və o, Səbail rayon Məhkəməsinə aparılıb.

E.Babayev məhkəmədə söyüş söymədiyini, həmin gün ümumiyyətlə, telefondan istifadə etmədiyini açıqlayıb. Sərbəst buraxılan Emin Babayev sərbəst buraxılıb, bazar ertəsi məhkəməyə gəlməsi ilə bağlı göstəriş verilib.

Lakin E.Babayev məhkəmədən çıxandan sonra polislər onu yenidən saxlayıb. Bu barədə xəbəri onun vəkili Şəhla Hümbətova “Bizimyol.info”ya açıqlamasında təsdiqləyib. Bildirib ki, müvəkkilini polis əməkdaşları Nəsir Vəliyev, Bəxtiyar Fərzəliyev və Ramil Lətifli iltizama qol çəkmək adıyla bölməyə çağırıblar, amma onu orada saxlayaraq buraxmayıblar.

Vəkil bu gün polis bölməsinə gedib E.Babayevin hansı əsasla saxlandığını soruşub. Ona cavab verilib ki, E.Babayev özü burada qalmaq istəyir: “Polis əməkdaşları Bəxtiyar Fərzəliyev və növbətçi Pərviz Əliyevin mənə bildirdiyinə görə, guya Emin özü deyib ki, orada qalmaq istəyir, bölmədən getmək istəmir”.

Vəkil bölmədə müvəkkili ilə görüşmək istəsə də, ona icazə verilməyib.

E.Babayev mərhum xalq artisti Mirzə Babayevin nəvəsidir.