Oturacağın altından 7 telefon tapdılar - FOTO

Oturacağın altından 7 telefon tapdılar - FOTO
KRİMİNAL

07 may 2019, 14:15

Mətn ölçüsü

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz ML 320" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-nın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. 

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin qabaq sol oturacağının altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy J4+", 2 ədəd "Samsung Galaxy A6" və 1 ədəd "Samsung Galaxy J6" markalı mobil telefonlar, 8 ədəd qidalandırıcı başlıq, 10 ədəd USB kabel, 4 ədəd "qulaqlıq" və 14 ədəd mobil telefon üçün qutu aşkarlanıb.